Haqqımızda

Alomaster.com bir çox rəsmi və peşəkar servis mərkəzlərini özündə birləşdirən online xidmət platformasıdır. İndiki halda kompüter, noutbuk, planşet, monitor və printer təmir xidmətlərini göstərir, proqramların və əməliyat sistemlərinin yazılmasını həyata keçirir. Cihazları servisə təhvil verdiyiniz zaman sizə verilən izləmə kodu ilə cihazın hansı vəziyyətdə olduğunu (düzəlib-düzəlmədiyini) izləyə bilərsiniz. Əgər siz müxtəlif səbəblərdən servisə getmək istəmirsinizsə servisin nümayəndəsi sizə yaxınlaşaraq təmirə ehtiyacı olan cihazı təhvil alır, sizə təhvil haqqında akt və izləmə kodu verir. Problem həll olduqdan sonra cihazı sizə təhvil verir.